Kreml Qərb şirkətlərinin kapitalına nəzarəti gücləndirib - FT
Rusiya aktivlərini müsadirə edən Qərb şirkətlərinə dollar və avro ilə gəlirlərini geri çəkməyi qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə "The Financial Times" yazır.
Bu faktiki olaraq həyata keçirilən valyuta nəzarəti zəifləmiş rublu dəstəkləməyə yönəlib. Nəşrin mənbələri bildirir ki, Rusiyanı tərk edən Qərb şirkətləri satış qiymətini rublla razılaşdırmalıdırlar. Satıcılar xarici valyuta almaqda israrlı olsalar, gecikmələrlə və hətta xaricə köçürülə bilən vəsait itkisi ilə üzləşəcəklər.
İyul ayında rublun məzənnəsi zəifləməyə başladığı üçün Rusiya hakimiyyəti ilk dəfə şirkətlərin ölkədən çıxışına məhdudiyyətlər qoyub. Qərb şirkətlərinə öz aktivlərini xarici valyutada satmaq üçün iki variant təklif edilib: Rusiya bankında ciddi məhdudiyyətlərlə hesaba pul köçürmək və ya xaricdəki hesaba vəsait köçürmək. İkinci halda, məbləğ bir neçə hissəyə bölünməldir. Praktikada hər iki variant xaricdə ödənişlərin həcmi və tezliyi baxımından əlavə olaraq məhdudlaşdırılıb.
Valyuta çıxarılması ilə bağlı məhdudiyyətlər satış müqavilələrinin cavab verməli olduğu meyarların artıq mövcud siyahısına əlavə edilib. Onların arasında artıq Rusiya büdcəsinə sövdələşmə məbləğinin 15%-i səviyyəsində “könüllü” töhfə və aktivlərin ədalətli dəyərinə ən azı 50% endirimlə satış daxildir.
Bu yaxınlarda təxminən 300 milyon dollar dəyərində sövdələşmənin bağlanmasına kömək edən bir investisiya bankiri FT-yə bildirib ki, komissiya xarici hesaba satışı başa çatdırmaq üçün 7 günlük müddət təyin edib, lakin alıcı gündə 20 milyon dollardan çox pul köçürə bilməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay