Dünya
31.10.2023 / 12:17
Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb
35564
Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb.
Valyuta.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının məlumatlarında bildirilib.
Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 99,13%-ə çataraq, yenidən tarixi maksimumu yeniləyib. Belə ki, qeyd olunan göstərici son beş il ərzində bu tarix üçün qeydə alınan orta göstəricidən 9,05 faiz bəndi çoxdur.
Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 109,24 mlrd. kubmetr təşkil edir.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay