İstismar müddəti bitən BKS insanların üzərinə düşə bilər - NASA-nın planı nədir?
İnşası 1998-ci ildə başa çatdırılan Beynəlxalq Kosmik Stansiyasının (BKS) istismar müddəti bitir.
Valyuta.az xəbər verir ki, lkin olaraq stansiyaya 15 illik xidmət müddəti təyin edən NASA tədqiqatçıları ISS-i təhlükəsiz şəkildə məhv etməyin yollarını axtarırlar. Kosmik Agentliyin Aerokosmik Təhlükəsizliyi Məsləhət Şurasının (ASAP) iclasında bununla bağlı müzakirələr aparan rəsmilər stansiyanın nəzarətsiz atmosferə girəcəyi təqdirdə insanların üzərinə düşə biləcəyindən qorxduqlarını bildiriblər. İclasda stansiyanı orbitdən çıxarmaq üçün xüsusi yedək gəmi hazırmaq lazım olduğunu bildiriblər.
Uzunluğu 358 metr olan stansiya qəzaya uğrasa və atmosferi pozarsa, bir stadionu asanlıqla əzəcək qədər böyüklüyə malikdir. NASA bildirir ki, 2030-cu ilə qədər BKS-nı təqaüdə çıxarmaq və bunu başqa bir gəmi ilə həyata keçirməyi planlaşdırır. Hansı ki, həmin gəmi stansiyanı atmosferə tərəf itələyəcək və o sürtünmə nəticəsində yanaraq yox olacaq. Eyni zamanda gəmi kosmnik stansiyanın hissələrinin yaşayış məntəqələrindən uzaq bir nöqtəyə düşməsini təmin edəcək.
NASA rəsmiləri yedək gəminin "inkişafına başlamaq" üçün təxminən 180 milyon dollar ayrıldığını açıqlayıb. Əslində stansiyanın tikintisi bir milyard dollara başa gələ bilər. Bu xərcləri ödəmək üçün NASA gələn il büdcənin 27,2 milyard dollara çatdırılmasını xahiş edib.
Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin iyun ayında imzaladığı 2023-cü il Maliyyə Məsuliyyəti Aktı, kosmik agentliyin çox güman ki, büdcə kəsirlərinə məruz qalacağı anlamına gəlir. Bu da NASA-nı çox çətin vəziyyətə sala bilər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay