Medvedev avropalıları gözlənilən soyuq qışla qorxutdu
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Avropa sakinlərinə növbəti qışın çox soyuq keçməyəcəyinə dair təminat verilə bilməz.
Valyuta.az bu barədə Qazeta.ru-ya istinadla xəbər verir.
Buna görə də Medvedev vurğulayıb ki, istilik və digər hər şey üçün tariflər artmaqda davam edəcək. Belə bir vəziyyətdə baha qiymətə satılan Amerika mayeləşdirilmiş təbii qazı (LNG) Avropaya kömək etməyəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, bir neçə il avropalıları tox həyatla təmin edən qiymət siyasətindən qəti şəkildə imtina edilib və bu dövrlər artıq geri dönməyəcək.
Medvedev avropalılara “nifrət etdiyi Rusiyadan” enerji asılılığını həmişəlik aradan qaldırdıqları ilə özlərinə təsəlli verməyi tövsiyə edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay