Elvira Nabiullina: "Ruslar çıxardıqları nağd pulları banklara qaytarır"
Mərkəzi Bankın sədri Elvira Nabiullina bildirib ki, rusiyalılar əmanət faizlərinin artması fonunda əvvəllər çıxardıqları nağd pulları banklara qaytarmağa başlayıblar.
Valyuta.az bu barədə gazeta.ru-ya istinadən xəbər verir.
“Faizlərin artırılması inflyasiyanın xərclərini kompensasiya etməyə imkan verir, buna görə də vətəndaşların əmanətlərə marağı artıb”, deyə o bildirib.
Nabiullina qeyd edib ki, cari hesablardan müddətli depozitlərə vəsait axınına əlavə olaraq əvvəllər çıxarılan nağd pulların banklara qaytarılması da var.
Nabiullina mətbuat konfransında həmçinin qeyd edib ki, Rusiya şirkətlərinin üçdə ikisi əsasən istehsal sənayesində kadr çatışmazlığı ilə üzləşib.
Cümə günü, oktyabrın 27-də Rusiya Federasiyası Mərkəzi Bankı direktorlar şurasının iclasında əsas faiz dərəcəsini 200 baza bəndi artıraraq illik 15%-ə çatdırmaq qərarına gəlib. Mərkəzi Bank qərarını cari inflyasiya təzyiqinin əhəmiyyətli dərəcədə artdığını və tənzimləyicinin gözləntilərindən yüksək olması ilə izah edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay