BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
35413

ABŞ-ın 41 ştatından ibarət koalisiya "Meta"ya qarşı məhkəmə iddiası qaldıraraq, onun platformalarında qəsdən gənc istifadəçilərə zərər verən funksiyaları ehtiva etdiyini bildirib.

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"da məlumat yer alıb. Şimali Kaliforniyada ABŞ-nın 41 ştatı və Kolumbiya dairəsinin birgə təşəbbüsü ilə "Instagram" və feysbuk sosial media platformalarının ana şirkəti olan "Meta"nın məhkəməyə verildiyi bildirilib.

Xəbərdə "Meta" haqqında ictimaiyyəti çaşdırmaq iddiası ilə açılan işdə ən azı 40 vəkilin çalışdığı bildirilib. 

"Meta"nın öz məhsullarını bilə-bilə 13 yaşından kiçik uşaqlara satdığı iddia edilib. Hansı ki, onların federal qanunlara və şirkət qaydalarına əsasən platformalara daxil olmasının qadağan edildiyi bildirilir. Metanı məhsul xüsusiyyətlərini dəyişdirməyə məcbur etmək və gənc istifadəçilərə verilən zərərə diqqət çəkmək məqsədi daşıyan iddia 33 federal məhkəmə və doqquz əyalətin baş prokuroru ilə yanaşı, ümumilikdə 41 ştatın təşəbbüsü ilə açılıb.

İddia Tennessinin Baş Prokuroru Conatan Skrmetti və Kolorado Baş Prokuroru Filip Veyzerin birgə istintaqının bir hissəsi olaraq Meta ilə uğursuz vasitəçilik cəhdlərindən sonra qaldırılıb. Hadisəni "ictimai sağlamlığın qorunmasına yönəlmiş döyüş meydanı" kimi xarakterizə edən Skrmetti açıqlamasında, "Bu (hal) tütün məhsulları və narkotiklərlə mübarizə səviyyəsində bir öhdəlikdir" - sözlərini deyib. 

İttihamnamədə qeyd edilir ki, "Meta" sosial media platformalarında müstəqil ekspert analizləri və daxili araşdırmalar nəticəsində verilən məlumatlara baxmayaraq, məlum zərərli xüsusiyyətlərindən əl çəkməyib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin