"Türkiyədə uçot dərəcəsinin belə sürətlə artması əks effekt verəcək" - Ekspert
Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclasında uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 30 faizdən 35 faizə qaldırılıb.
Xatırladaq ki, bundan əvvəlki, sentyabrın 21-də keçirilmiş iclasda isə uçot dərəcəsi 25 faizdən 30 faizə çatdırılıb.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, Türkiyədə uçot dərəcəsinin belə sürətlə yüksəldilməsi səhv addım olmaqla əks effekt verəcək:
“İnflyasiyanı cilovlamaq üçün Türkiyədə müxtəlif vasitələrdən istifadə edirlər. Uçot dərəcəsinin artırılması da bu istiqamətdə atılan addımlardan biridir. Amma uçot dərəcəsinin bu qədər yüksəldilməsi əks effekt verəcək. İnflyasiyanın cilovlanması üçün digər vasitələrdən daha çox istifadə edilməlidir. Uçot dərəcəsinin artması ilə kreditlər bahalaşır. Kreditin bahalaşması isə iqtisadi artımı cilovlayır. Bu da öz nəvbəsində yenidən inflyasiyanı təxribata çəkir”.
Ekspertə görə, Türkiyə daha çox valyuta uçot dərəcəsilə deyil, iqtisadiyyatın özü ilə məşğul olmalıdır:
“İstehsalı stimullaşdırmalı, xarici ticarət dövriyyəsində müsbət balansın artması üçün addımlar atmalı, daxili investisiya qoyuluşu genişlənməlidir”.
Akif Nəsirli hesab edir ki, Türkiyədə uçot dərəcəsinin artırılması son həddir:
"Bundan sonra uçot dərəcəsinin azaldılmasına gedilməlidir ki, daxili dövriyyə sürətlənsin".
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay