ABŞ iqtisadiyyatı ilin üçüncü rübündə 4,9 faiz artıb
ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə 4,9 faizlə gözləntilərin üstündə artıb.
Valyuta.az xəbər verir ki, ABŞ Ticarət Departamenti iyul-sentyabr ayları üçün Ümumi Daxili Məhsulun (ÜDM) ilkin məlumatlarını açıqlayıb. Müvafiq olaraq, ABŞ-da ÜDM bu ilin üçüncü rübündə 4,9 faiz artıb. Bu, 2021-ci ilin son rübündən bəri müşahidə olunan ən sürətli artımdır.
ABŞ iqtisadiyyatının sözügedən dövrdə 4,3 faiz böyüməsi təxmin edilirdi. Ölkə iqtisadiyyatı 2023-cü ilin ikinci rübündə isə 2,1 faiz artıb.
İlin üçüncü rübündə ABŞ iqtisadiyyatının artımı istehlak xərcləri, özəl inventar investisiyaları, ixrac, əyalət və yerli hökumət xərcləri, federal hökumət xərcləri və yaşayış binalarına sabit investisiyalardakı artımlardan qaynaqlanıb.
Eyni dövrdə idxal da artıb ki, bu da artıma mənfi təsir göstərib.
İlin üçüncü rübündə fərdi istehlak xərclərinin qiymət indeksi 2,9 faiz artıb. Şəxsi istehlak xərclərinin qiymət indeksi ilin ikinci rübündə isə 2,5 faiz artım göstərmişdi.
Əsas şəxsi istehlak xərclərinin qiymət indeksi eyni dövrdə 2,4 faiz artıb. Bazar gözləntiləri əsas şəxsi istehlak xərcləri qiymət indeksinin bu dövrdə 2,5 faiz artacağı istiqamətində idi. Əsas şəxsi istehlak xərclərinin qiymət indeksi ilin ilk rübündə 3,7 faiz artmışdı.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay