Britaniya məhkəməsindən rusiyalı oliqarxla bağlı hökm: “İctimai nəqliyyatla gəz”
Britaniya məhkəməsi sanksiyaya məruz qalmış rusiyalı oliqarx Mixail Fridmanın Londondakı malikanəsi ilə bağlı xərclərin ödənilməsinə qoyulan qadağaya etiraz etdiyi iddiasını rədd edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Rusiyalı oliqarxın 65 milyon funt-sterlinqə aldığı Athlone House malikanəsinin uçmasının qarşısını almaq üçün ona ayda 30 min funt-sterlinq xərcləməyə icazə vermədiyi üçün Britaniyanın OFSI sanksiya idarəsini məhkəməyə verdiyi bildirilir. O, həmçinin rabitə sistemləri, İT, işıqlandırma, istilik və təhlükəsizlik üçün ayda 1850 funt-sterlinq xərcləmək istəyirdi.
Fridmanın vəkilləri onun malikanəsinin "unikal ehtiyacları olan unikal bir mülk" olduğunu bildirib və burada oliqarxın sənət kolleksiyasının yerləşdiyini vurğulayıblar.
Milyarder həm də təhlükəsizlik xidmətinə aid olmayan şəxslərə, xüsusən də sürücüyə pul xərcləmək istəyib.
OFSI artıq Fridmana ümumi məbləği təxminən 1,4 milyon funt sterlinq məbləğində borcun ödənilməsi və birdəfəlik ödənişlər, eləcə də ildə 760,000 funt sterlinq gələcək ödənişlər üçün lisenziya verdiyini söyləyib.
Fridmanın vəkilləri onun Britaniyaya qayıtmaq istədiyini söyləyib, lakin hakim öz qərarında bildirib ki, Fridmanın geri qayıtması “mümkün olmayacaq”, çünki o, faktiki olaraq səyahət qadağasına məruz qalır.
Cümə axşamı Britaniya hökumətinin sözçüsü bu qərarı alqışlayıb və deyib ki, bu, "maliyyə sanksiyalarının lisenziyalaşdırma rejimimizin işlədiyini" göstərir.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniya hakimiyyəti Fridmana şəxsi sürücünün xidmət haqqını ödəməyə icazə verməyib. Rəsmilər rusiyalı oliqarxa ictimai nəqliyyatdan istifadə etməyi təklif edirlər.
Fridman 2022-ci ilin martında Rusiyanın işğalından sonra sanksiyalara məruz qalıb. Həmçinin 2023-cü ilin avqustunda Fridman ABŞ sanksiyalarına, keçən ilin sentyabr ayında isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarına məruz qalıb.
Fridman bu yaxınlarda Britaniyadan İsrailə köçüb, lakin sonra Moskvaya uçub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay