AK müəssisələrə qarşı sanksiyaların tətbiqi üçün yeni səbəb tapdı
Avropa Komissiyası sanksiya tətbiq edilmiş Rusiya şirkətinin başqa bir şirkətdəki payının 50%-dən aşağı endirilməsini sanksiyalardan yayınmağa bərabərləşdirib.
Valyuta.az xəbər verir ki, bu barədə komissiyanın hesabatında deyilir.
Dəyişikliklər 833/2014 saylı Sanksiya Qaydasının 5aa maddəsinə təsir edib. Bu maddə avropalıların Rusiya şirkətləri ilə dövlətin iştirakı ilə birbaşa və ya dolayı əməliyyatlar aparmasına qadağa qoyur. Bundan əlavə, qadağa 50%-dən çoxu Rusiya şirkətlərinə məxsus olan firmalara şamil edilir.
Yeni qaydalara əsasən, Avropa Komissiyası payın 50%-ə və ya aşağıya endirilməsi halında, sanksiya tətbiq edilmiş hüquqi şəxsin “adından və ya onun göstərişi ilə fəaliyyət göstərən” şirkətləri nəzərdən keçirəcək. Avropa Komissiyası belə qənaətə gəlib ki, bu üsulla sanksiyalardan yayınma hallarının geniş yayıldığına dair şübhələr səbəbindən belə tədbirlər zəruridir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay