Maya Sandu: "Qazprom"a 700 milyon dollar yox, 9 milyon ödəyə bilərik"
Moldova "Qazprom"a olan 700 milyon dollar borcunun yalnız 9 milyonunu ödəyə bilər.
Valyuta.az "Vocea Basarabiei" telekanalına istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.
"Bizim sübutlarımız var: audit bu sahədə tanınmış beynəlxalq şirkətlər tərəfindən aparılıb. Beləliklə, "Moldovaqaz" "Qazprom"a 700 milyon dollar yox, 9 milyon dollar ödəyə bilər", deyə Sandu bildirib.
“Moldovaqaz”ın “Qazprom”a olan tarixi borcunun auditi zamanı məlum olub ki, bunun 400 milyon dolları iddia müddətinin başa çatması ilə əlaqədar tələb edilə bilməz. Daha 276 milyon dollar isə nə "Moldovaqaz", nə də "Qazprom" tərəfindən sənədləşdirilməyib.
"Moldovaqaz"ın nəzarət paketinə sahib olan Rusiya şirkəti bəyan edib ki, borcun tənzimlənməsi üzrə sazişin bağlanması müddətlərinin kobud şəkildə pozulması səbəbindən Moldovaya qaz tədarükünü tamamilə dayandırmaq hüququnu özündə saxlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay