Euroclear Rusiya aktivlərinin faizindən nə qədər qazandığını açıqladı
2023-cü ilin 9 ayı ərzində beynəlxalq depozitari Euroclear sanksiyalara görə dondurulmuş Rusiya aktivlərindən təxminən 3 milyard avro faiz gəliri əldə edib.
Valyuta.az xəbər verir ki, bu barədə depozitar hesabatında deyilir.
Euroclear qeyd edir ki, belə gəlir iki amillə - yüksək faiz dərəcələri və yatırılan pulun miqdarı ilə izah olunur. Sentyabrın sonuna depozitarın balansı ötən ilin eyni dövrü ilə müqayisədə 45 milyard avro artıb.
Euroclear-ın 2023-cü ilin üç rübündə sanksiyalara əməl etməsi ilə bağlı əlavə birbaşa xərcləri 34 milyon avro təşkil edib. Bundan başqa, depozitar Rusiya qiymətli kağızları ilə əməliyyatların dayandırılması səbəbindən 18 milyon avro gəlir itirib.
Keçən həftə Avropa Komissiyası bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynanı bərpa etmək üçün istifadə etmək niyyətində olduğunu açıqlayıb. ABŞ bu təşəbbüsü dəstəklədiyini bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay