Sörfçü balina ilə toqquşdu
55 yaşlı avstraliyalı sörfçü Ceyson Brin sörf zamanı balina ilə toqquşub.
Valyuta.az xəbər verir ki, xoşbəxtlikdən sörfçü heç bir xəsarət almayıb. Hadisə çərşənbə günü Sidneyin şimalında yerləşən çimərliklərdə baş verib. Onun hərəkətləri özünün istifadə etdiyi kameraya da düşüb.
Hadisə zamanı ayağına bağlanan ip qırılsa da Brin daha sonra sörfinq taxtasına çıxa bilib. O, hadisə ilə bağlı açıqlamasında, "Balina məni 6-9 metr aşağı sürüdü. Düzünü desəm, öldüyümü düşünürdüm. Bir neçə saniyə "Ölmək belə bir şeydir" deyə fikirləşdim" - sözərini deyib.
Dünyanın ən böyük canlıları arasında yer alan donqar balinaların ortalama uzunluğu 14-15 metr, çəkisi isə 40 tona qədərdir. Balina balası ilə qarşılaşdığı üçün şanslı olduğunu bildirən Brenin dediyinə görə, daha iri olsaydı bu hekayəni danışa bilməzdi.
Bu arada, toqquşmanın başqa bir görüntüsü həmin vaxt Pol Nettebek tərəfindən qeydə alınıb.
Hadisə şahidi çəkilişləri davam etdirmək istədiyini, lakin sörfçünün sonradan ölə biləcəyini düşünərək səs yazısını söndürdüyünü və təcili yardım çağırdığını deyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay