BVF: Yaxın Şərq ölkələri iqtisadi tənəzzüllə üzləşə bilər
Yaxın Şərq ölkələri, o cümlədən Misir, Livan və İordaniya Fələstin-İsrail münaqişəsi səbəbindən iqtisadi tənəzzüllə üzləşə bilər.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Səudiyyə Ərəbistanının paytaxtında keçirilən konfransda çıxışı zamanı deyib.
“Bizi ilk növbədə münaqişənin episentrində baş verənlər – faciəli insan itkisi, həm də iqtisadi aktivliyin azalması narahat edir” – Kristalina Georgiyeva qeyd edib.
BVF rəhbəri bildirib ki, hazırki münaqişə təkcə İsrail və Fələstinin deyil, həm də bütün regionun iqtisadiyyatı üçün uzunmüddətli nəticələrə səbəb olacaq.
Kristalina Georgiyevanın sözlərinə görə, xüsusən turizm və investisiya axınının kiçilməsi, biznes fəallığının azalması, sığorta xərclərinin artması və çoxlu sayda miqrant axını səbəbindən münaqişənin təsirini Misir, Livan və İordaniya hiss edə bilər.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay