ABŞ Süleyman Kərimovun 106 metrlik super yaxtasını müsadirə edə bilər
ABŞ hakimiyyəti məhkəmədən rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtanın müsadirə edilməsi üçün icazə istəyib.
Valyuta.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Nyu York federal məhkəməsinə təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb.
Prokurorların fikrincə, dəyəri 300-500 milyon dollar olan 106 metrlik “Amadea” superyaxtasının müsadirə edilməsinə səbəb Kərimovun 2018-ci ilin aprelində ABŞ Maliyyə Nazirliyinin ona qarşı tətbiq etdiyi sanksiyaları pozmasıdır.
Rusiyalı milyarder Amerika bank sistemindən istifadə edərək yaxtanın təmiri və saxlanması üçün vəsait köçürməklə sanksiyaları pozub. “Amadea” 2021-ci ildə sahibi Evgeni Koxman kimi qeyd olunan Errigan Marine tərəfindən alınıb. O, Amerika prokurorluğunun fikrincə, fiqurdur. Superyaxtanın faktiki sahibi Rusiyanın ən varlı adamlarından biri Süleyman Kərimovdur.
Nəşr yazır ki, sənədlərə əsasən, Kərimov və onun ailə üzvləri gəminin təmiri, salonun dəyişdirilməsi ilə bağlı göstərişlər verib, nizamlanma və texniki xidmət üçün vəsait ayırıblar.
Qeyd edək ki, bir müddət əvvəl rusiyalı milyarder Eduard Xudainatovun vəkilləri Kaliforniya ştatının federal məhkəməsində onun “Amadea” şirkətinin sahibi olduğunu iddia edərək əmlakın geri qaytarılmasını tələb ediblər. Əvvəllər Xudainatov Fici Ali Məhkəməsində iddia qaldırıb - o, superyaxtanın Amerika hakimiyyət orqanlarına verilməsinə mane olmağa çalışıb. Onun iddiası rədd edilib.
Federal məhkəmə “Amadea”nın müsadirəsinə icazə verərsə, onun hərracda satışından əldə edilən vəsaitin Ukraynaya köçürülməsi planlaşdırılır.
“Amadea” keçən il ABŞ prokurorlarının tələbi ilə Ficidə həbs edilərək ABŞ-a təhvil verilib. O, hazırda Kaliforniyanın San Dieqo şəhərində dayanır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay