McDonald's İsrail-Fələstin müharibəsinə görə tənqid dalğasına məruz qaldı
McDonald's şəbəkəsi İsrail Müdafiə Qüvvələrinə (IDF) dəstək verdiyi üçün müsəlman dünyasında tənqidlərə məruz qalıb.
Valyuta.az "Ynet" portalına istinadla xəbər verir ki, McDonald's İsrailə radikal Fələstin yaraqlı qruplarının hücumundan sonra, ölkədəki İDF əsgərlərinə və tibb müəssisələrinə minlərlə pulsuz yemək verilməsi üçün çalışacağını açıqlayıb.
Bundan əlavə, şirkətin İsrail franşizasının sahibi Omri Padan İsrail hərbçiləri üçün gündəlik 4 min pulsuz yemək ianə etdiyini açıqlayıb.
Bundan sonra bir çox ərəb və müsəlman ölkələrində McDonald's-ın kütləvi etirazları və boykotları başlayıb, Türkiyə, Livan və Misirdə isə şirkətin filialları vandalizmlə üzləşib.
“McDonald's”ın Fələstinə rəsmi dəstək verən ölkələrdəki filialları israilli həmkarlarının hərəkətlərinə görə məsuliyyət daşımadıqlarını və Qəzza zolağının əhalisinə humanitar yardım etdiklərini bəyan ediblər.
Daha əvvəl İndoneziyada ABŞ-ın Cakartadakı səfirliyi qarşısında Fələstin xalqına dəstək aksiyası zamanı nümayişçilər ABŞ prezidenti Co Bayden və İsrail Baş naziri Benyamin Netanyahunun portretlərini yandırıblar.
Etirazçılar İsrail əsgərlərinə ianəyə görə McDonald's-ın divarlarına boya atmaq istəyiblər. Amma asayiş keşikçiləri etirazçıların qarşısını ala biliblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay