KİV: ABŞ Senatı Ukrayna və İsrailə 100 milyard dollarlıq tələbi bloklaya bilər
Ukrayna və İsrailə əlavə maliyyə yardımı ABŞ Senatında dramatik dəyişikliklərlə hətta bloklanmaya gətirib çıxara bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Onların fikrincə, qanunverici orqanın yuxarı palatasında Ukrayna və İsrailə əlavə böyük hərbi yardım tələbi bəzi tərəfdarları narazı salıb.
Senatda təkliflə bağlı fikir ayrılıqları var.
Bəzilərui senatın bu təklifin bloklanması və ya köklü şəkildə dəyişdirilməsi ilə bağlı çağırışlar edir.
Respublikaçılar İsrail və Ukraynaya yardımı bir paketə daxil edib-etməmək barədə mübahisə edirlər. Kiyevə daha çox yardım göndərilməsi Respublikaçılar daxilində parçalanmalara səbəb olmaqda davam edir.
Bəzi üzvlər Senatın İsrailə yardımını ayrıca nəzərdən keçirilməsini istəyir. Bir çoxları da maliyyələşmədə böyük dəyişikliklərin edilməsini tələb edirlər.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay