\"Xiaomi\" gələn il sedan tipli elektromobil istehsal edəcək - 10 milyon dollarlıq yatırım
Elektrikli avtomobillər ön plana çıxmağa başladıqca, heç gözləmədiyiniz şirkətlər bu sahədə özünə bazarlar axtarmağa başlayırlar. Onlardan biri olan “Xiaomi” şirkəti ötən ildən başlayaraq hər gün elektrik avtomobilləri istehsalında ciddi addımlar atır. Üstəlik, bu sahədə tərəfdaşlıq etmək istəyən şirkət hətta bir neçə iri istehsalçı ilə də görüşüb.
Dünya bazarına smartfonlarla daxil olan və bu sahədə adından söz etdirən “Xiaomi“ indi də avtomobil bazarına girməyə hazırlaşır. Üstəlik, bu yeni ideya deyil. Uzun müddətdir buna hazırlaşan şirkət bu yaxınlarda “Chery“ ilə görüş keçirib. Yaxın günlərdə konkret addımların atılacağı gözlənilir.
Xiaomi avtomobil istehsalı üçün bir çox şirkətlə danışıqlar aparır. Nəqliyyat vasitələri istehsalında ciddi addımlar atan şirkət bu sektorda həqiqətən tez-tez görünür. Nəhayət, müsahibə götürdüyümüz şirkətlərə nəzər saldıqda bir çox aparıcı şirkətləri görürük. Bunlar:
Xiaomi CEO-su Lei Jun Brilliance Auto Group, Chery Avtomobili, Pekin Avtomobil Qrupu kimi şirkətlərlə görüşdüklərini və hədəflərini reallaşdırmaq üçün orta hesabla 10 milyon dollar sərmayə qoymağa hazır olduqlarını bildirib. Gələn il istehsal etmək istədiklərini deyən Jun, sedan tipli olacaq bu avtomobilin “MS11“ adlanma ehtimalının olduğunu və 101 kWh batareyaya sahib ola biləcəyini əlavə etdi.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay