BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
34983

ABŞ və Avropa İttifaqı Ukrayna ilə bağlı bəyanatında ölkə iqtisadiyyatının çökməsi riskləri barədə xəbərdarlıq edib. 

Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-Avropa İttifaqı sammitinin yekunları üzrə yayılan bəyanatda deyilir. 

Bəyanatda ən böyük bölmə Ukraynaya həsr olunub - üç saatlıq sammitin yekunları üzrə dərc olunmuş səkkiz səhifəlik sənəddən bir yarım səhifəsi.

"Biz Rusiyanın Ukrayna iqtisadiyyatının çökməsinə səbəb olmamasını təmin etmək üçün təcili tədbirlər görmək zərurətini qəbul edirik", deyə sənəddə qeyd edilir.

Həmçinin bildirib ki, Birləşmiş Ştatlar və Aİ yardımlarının Kiyevin bütün ehtiyaclarına cavab verməsini təmin etmək üçün səylərini gücləndirmək niyyətindədir. ABŞ və Aİ eyni zamanda Ukraynanın enerji sektorunu Avropa standartlarına uyğun qorumaq, təmir və bərpa etmək üçün birgə işləmək niyyətindədir.

Bəyanatda Ukraynanın hərbi səylərinə dair yeganə istinad ondan ibarətdir ki, Kiyev özünü müdafiə etmək hüququna malikdir, Brüssel və Vaşinqtonun hərbi yardımla bağlı mövqeyi sarsılmaz olaraq qalır.

Birləşmiş Ştatlar və Aİ, həmçinin Rusiya Federasiyasını bütün qoşunlarını və hərbi texnikasını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmağa, habelə Ukraynaya bütün dəymiş ziyanı ödəməyə çağırır, sanksiyaları sərtləşdirəcəyini vəd edir. Rusiyanın dondurulmuş aktivlərindən gəlirlərin Kiyevə köçürülməsinin rəsmi qanuni yollarının axtarıldığı da bildirilir.

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Dekabrda leysan və qar yağacaq, şaxta da olacaq - Ayın HAVA PROQNOZU

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin