Alman deputat: "Qaza görə 3-4 dəfə artıq ödəniş edirik"
Almaniya hazırda qaz tədarükü üçün Rusiyanın mavi yanacağına ödədiyindən dəfələrlə artıq pul ödəyir.
Valyuta.az xəbər verir ki, bunu Bundestaqın "Almaniya üçün Alternativ" fraksiyasından olan deputatı, parlamentin Energetika və İqlimin Mühafizəsi Komitəsinin üzvü Şteffen Kotre deyib.
"Rusiya qazı sərfəli və ekoloji cəhətdən təmizdir, bunu cari tədarüklər - ilk növbədə ABŞ-dan gələn mayeləşdirilmiş qaz haqqında demək olmaz. Almaniya bu tədarüklərə görə 3-4 dəfə artıq pul ödəyir", deyə deputat bildirib.
O qeyd edib ki, ABŞ-dan frekinq üsulu ilə hasil edilən qaz Almaniyanın ekoloji standartlarına cavab vermir.
Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolts ölkəsinin Rusiya qazı idxalının yarısını digər ölkələrdən gələn qazlarla əvəz etdiyini bildirmişdi.
"Bloomberg" isə Almaniya Qaz Anbarı Operatorları Assosiasiyasının (INES) bəyanatına istinadən yazıb ki, ölkə 2027-ci ilin əvvəlinə qədər qaz çatışmazlığı ilə üzləşəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay