Aİ Ukraynaya köçürdüyü yardımın ümumi məbləğini açıqladı
Ukraynada mwharib’ başlayandan bəri Avropa İttifaqı Ukraynaya təxminən 90 milyard avro yardım edib ki, bunun da 27 milyard avrosu silah və sursat təchizatı ilə olub.
Valyuta.az xəbər verir ki, bunu Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
“Biz artıq Ukraynaya təxminən 90 milyard avro yardım köçürmüşük ki, bunun da 27 milyardı silahdır. Nə qədər lazımdırsa, onların yanında möhkəm dayanmalıyıq. Biz Ukraynanı silahla təmin etməliyik”, - deyə o, hərbi sənayenin genişləndirilməsi və qurulmasının zəruriliyini qeyd edib.
AK rəhbəri həmçinin Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb və "onların əbədi olaraq qalacağını" iddia edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukrayna rəhbəri Vladimir Zelenski ilə söhbəti zamanı ona Kiyevə yardımın davam etdirilməsi üçün ikitərəfli dəstəyin güclü olduğunu bildirib.
Ukrayna lideri ötən gün telefon danışığı zamanı BMT-nin baş katibi Antonio Quterreşə təşkilatın ölkəsinə göstərdiyi humanitar yardıma görə təşəkkür edib.
Oktyabrın 19-da Almaniya kansleri Olaf Şolz bəyan edib ki, Avropa İttifaqı Ukraynaya birgə maliyyə yardımı göstərməyə davam etməlidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay