"Balticconnector" kəmərinin zədələnmiş ərazisinin yoxlanılması başa çatdı
Finlandiyanın Mərkəzi Kriminal Polisi (CCP) "Balticconnector" qaz kəmərinin zədələnmiş yerində yoxlamanı başa çatdırıb, nümunələr ekspertizanı gözləyir.
Valyuta.az xəbər verir ki, bu barədə Kommunal İstifadə Mərkəzinin mətbuat xidmətindən bildirilib.
"Qaz kəmərinin zədələnmiş ərazisinin yoxlanılması başa çatıb", deyə qeyd edilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, toplanmış nümunələr artıq məhkəmə-tibbi ekspertizasına göndərilib. Hadisə yerində araşdırmalarda Sərhəd Xidməti və Milli Müdafiə Qüvvələri də iştirak edib. Xəbərdə deyilir ki, zədələnmiş obyektə bir neçə dəfə dalış etməli olublar.
CCP sözçüsü Risto Lohi hüquq-mühafizə orqanlarına əvəzsiz dəstəyə görə təşəkkür edərək, "Əməkdaşlıq edən orqanların təcrübəsi, avadanlığı və bacarığı istintaqda mərkəzi rol oynayıb", deyib.
Oktyabrın 8-də 77 kilometrlik “Balticconnector” qaz kəmərində (Finlandiyanın İnkoo şəhəri ilə Estoniyanın Paldiski şəhəri arasında, iki ölkənin qaz şəbəkələrini birləşdirən) insident baş verib. Sistemdəki təzyiq kəskin şəkildə aşağı düşüb. Mütəxəssislər qazın verilişini kəsiblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay