Finlandiya ruslar üçün üç daşınmaz əmlak əməliyyatını qadağan etdi
Finlandiya Müdafiə Nazirliyi Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyası ilə əlaqəli bir şirkət tərəfindən daşınmaz əmlakın alınması üçün üç əməliyyatı qadağan edib.
Valyuta.az xəbər cerir ki, bu barədə hərbi idarənin saytında məlumat verilib.
Məlumatda deyilir ki, oktyabrın 17-də Finlandiya Müdafiə Nazirliyi Avropa İttifaqı və Avropa İqtisadi Birliyinin vətəndaşı olmayan alıcılara daşınmaz əmlakın alınmasına icazənin verilməsi ilə bağlı üç mənfi qərar qəbul edib. Finlandiyanın müdafiə naziri Antti Hakkänen tərəfindən imzalanan mənfi qərarlar Ruokolahtidəki iki və Kiteadakı bir mülkə aiddir. Ruokolahtidə daşınmaz əmlakla bağlı əməliyyatlara gəlincə, onlardan biri fiziki şəxs, digəri şirkət, Kiteadakı əməliyyatı isə fiziki şəxs həyata keçirib.
Müdafiə Nazirliyinin məlumatına görə, şirkətin fiziki şəxsləri və faktiki benefisiarları Rusiya vətəndaşlarıdır.
Mənfi icazələrin verilməsi ilə bağlı qərarlar “Xüsusi icazə tələb olunan daşınmaz əmlakın köçürülməsi haqqında” Qanuna əsaslanır. Nazirlik mənfi qərarları, xüsusən də bu daşınmaz əmlakın alınmasının Finlandiyanın müdafiəsi, nəzarəti və ərazi bütövlüyünün qorunmasının təşkilinə mane ola biləcəyi ilə əsaslandırır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay