Tramp şəxsi mülkü üçün qiymət "oxudu": "Evimin dəyəri 100 dəfə artıqdır"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı şəxsi mülkünün qiymətləndirilməsinə münasibətini bildirib.
Valyuta.az xəbər verir ki, o, klubunun qiymətinin rəsmi hesablamalardan 100 dəfə artıq olduğuna inandığını deyib.
O, açıqlamasında, "Evimin dəyəri 750 milyon, bir milyard və ya milyardyarımdır. Bu bəlkə də dünyanın ən bahalı evidir".
Ancaq, "Mar-a-Laqo" adlı mülkün əsl dəyəri ilə bağlı fərqli açıqlamalar verilib. "Palm Beach"in ictimai əmlak qeydlərinə görə, 2023-cü ildə klubun qiyməti 37 milyon dollara yüksəlib. Hazırda isə 33,4 milyon dollar dəyərində vergiyə cəlb olunub. Bu da o anlama gəlir ki, Tramp əmlak vergisi üçün 602,834 dollar ödəməli olacaq. Məhkəmə daha əvvəl "Mar-a-Laqo"nu 18-37 milyon dollar arasında qiymətləndirən "Palm Beach"in əmlak qiymətləndirməsinə əsaslandığını bildirib. Əgər klubun qiyməti həqiqətən Trampın iddia etdiyi kimi 1,5 milyarddırsa, o zaman keçmiş prezidentin 2023-cü il üçün "Palm Beach County"yə təxminən 22,7 milyon dollar vergi borcu olacaq. Lüks daşınmaz əmlak ekspertləri "Associated Press"ə açıqlamasında, əmlakın satılacağı təqdirdə Trampın xalis qazancının ən azı 300-600 milyon dollar olacağı bildirilib.
Cənubi Floridanın Demokratik Konqresmeni Ceyrd Moskovitz isə əvvəlki həftələrdə "Palm Beach"in rəsmilərinə məktub yazaraq, Mar-a-Laqoya 490 milyon dollar dəyərində vergi qoymağı istəmişdi.
Trampın Nyu-Yorkdan Floridaya qədər kommersiya və yaşayış obyektlərinin dəyərini fırıldaq yolu ilə şişirtməklə bankları və səlahiyyətliləri əlverişli vergi və sığorta tarifləri tələb etmək üçün aldatdığı aşkar edildikdən sonra onun mülkünün dəyəri də qızğın müzakirə mövzusu olub. Çərşənbə axşamı məhkəmə binası qarşısında jurnalistlərə açıqlama verən Tramp, Floridadakı ən böyük gözəl yer adlandırdığı Mar-a-Laqonun 18 milyon dollardan 100 dəfə artıq dəyərdə olduğunu söyləmişdi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay