Sürət həddini aşan sürücü 1,4 milyon dollar cərimələndi
ABŞ-ın Corciya ştatında sürət həddini aşan şəxs 1,4 milyon dollar cərimə olunub.
Valyuta.az xəbər verir ki, hadisə sentyabrın ikisində axşam saatlarında Savanna şəhərində baş verib. Sürət həddi saatda 90 kilometr olan yolda təqribən 145 km/saat sürətlə evə doğru gedən Konnor Katonu polis dayandırıb. Kato ağır cəza gözlədiyini etiraf etsə də, məbləğin 1,4 milyon dollar olduğunu öyrəndikdə təəccübləndiyini söylədi.
Ədliyyə orqanına zəng etdiyini bildirən sürücü açıqlamasında, "Telefonda danışan bir qadın 1,4 milyon dollar olduğunu söylədi. Bunun hərf səhvi ola biləcəyini dedim. Ancaq heç bir səhv olmadığını, ya cəriməni ödəməli, ya da dekabrın 21-də məhkəməyə gəlməli olduğumu bildirdi" - sözlərini söyləyib.
Sürücünün müraciəti əsasında İşi üzərinə götürən vəkil Sneh Patel, cinayət sayılan bir hadisəyə görə bu qədər yüksək cəza kəsildiyini heç vaxt görmədiyini ifadə edərək, “Narkotik ticarəti, qətl kimi cinayətlər üçün belə 1,4 milyon dollar cərimə yoxdur" - deyib.
Hadisənin səbəbi Savanna şəhər administrasiyasının verdiyi açıqlamada üzə çıxıb. Belə ki, cərimə məbləğinin yerli məhkəmənin istifadə etdiyi proqram təminatı ilə müəyyən olunduğunu bildirən şəhər hökumətinin sözçüsü Coşua Peakok sürət həddini 55 kilometrdən çox aşan sürücülərin “super sürət” kateqoriyasına daxil edildiyini və real cəzanın hakim tərəfindən veriləcəyini bildirib.
“Super sürət” kateqoriyasında sürücülərə verilən cərimə vərəqəsinin üzərində heç bir məbləğ yazılmadığını bildirən Peakok, bu səbəbdən proqram təminatının avtomatik olaraq ən yüksək rəqəmi təyin etdiyini və hakimin verdiyi cəzanın min dollardan çox ola bilməyəcəyini söyləyib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay