G7 Rusiyanın 280 milyard dollarlıq aktivlərini dondurdu və vaxt təyin etdi
G7 ölkələri Rusiyanın 280 milyard dollarlıq aktivlərini dondurub və Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər onları saxlamağa söz veriblər.
Valyuta.az xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin cümə axşamı, oktyabrın 12-də yaydıqları birgə bəyanatda deyilir.
Bəyanat müəllifləri bildirirlər ki, G7-nin Rusiya elitaları, etibarlı şəxsləri və oliqarxları üzrə işçi qrupu (REPO) indiyədək Rusiya aktivlərində təxminən 280 milyard dollar aşkar edib və bunu “başlanğıc” adlandırıblar.
“Biz REPO-nun hazırda təxminən 280 milyard ABŞ dolları dəyərində olan REPO üzvü yurisdiksiyalarında dondurulmuş Rusiyanın suveren aktivlərinin uçotu üzrə ilkin səylərini alqışlayırıq və REPO İşçi Qrupunun qarşıdakı aylarda bu ilkin səyləri təkmilləşdirməsini gözləyirik”, - bəyanatda deyilir.
G7 rəsmiləri qeyd ediblər ki, onlar öz ölkələrinin hüquq sistemlərinə və beynəlxalq hüquqa uyğun olaraq Ukraynaya kömək etmək üçün “bütün mümkün yolları” araşdıracaqlar.
Onlar həmçinin qeyd ediblər ki, Rusiya aktivləri “Rusiya Ukraynaya vurduğu ziyanı ödəyənə qədər” dondurulmuş vəziyyətdə qalacaq.
Oktyabrın 12-də ABŞ-ın müsadirə edilmiş Rusiya aktivlərindən Ukraynaya 300 milyard dollar vermək üçün səylərini artırdığı bildirilir.
Elə həmin gün Estoniya hökuməti Ukraynaya dəymiş zərərin ödənilməsi üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadəni təsdiqləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay