Dünya
13.10.2023 / 09:10
Bu ölkədə illik inflyasiya 140%-ə yaxınlaşıb
34399
Argentinada sentyabrda qiymət artımı 12,7% təşkil edib, illik ifadədə inflyasiya 140%-ə yaxınlaşıb.
Valyuta.az-ın məlumatına görə, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutu bildirib.
"İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin sentyabr ayında 12,7 faiz artıb, [ilin əvvəlindən] yığılmış artım 103,2 faiz olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 138,3% olub", - deyə qeyd olunub.
Bildirilib ki, avqustda ən çox (15,7%) geyim qiymətləri artıb. Ondan sonra istirahət (+15,1%) və qida (+14,3%) qiymətləri gəlir.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay