2024-də Ukraynaya büdcə kəsirini bağlamaq üçün 42 milyard lazım olacaq - Şmıqal
Gələn il Ukrayna büdcə kəsirini bağlamaq üçün təxminən 42 milyard dollar maliyyə dəstəyi lazım olacaq.
Valyuta.az xəbər verir ki, bunu Baş nazir Denis Şmiqal bunu Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik payız iclasındakı çıxışında qeyd edib.
"Beynəlxalq dəstək Ukraynanın Rusiyanın genişmiqyaslı təcavüzünə tab gətirməsinə kömək edən əsas amillərdən biridir. Gələn il büdcə kəsiri ÜDM-in təxminən 21%-ni təşkil edəcək. Biz tərəfdaşların dəstəyinə ümid edirik ki, bu da hökumətə əsas sosial öhdəlikləri - təqaüdlərin, həkimlərin və müəllimlərin maaşlarının ödənilməsi, evləri dağılanlara kömək edilməsini yerinə yetirməyə imkan verəcək”, - Ukraynanın baş naziri vurğulayıb.
Şmiqal xatırladıb ki, Ukrayna bütün yığılan vergiləri təhlükəsizlik və müdafiəyə yönəldir və Ukrayna ordusuna dəstək verən özəl sektordur.
Xatırladaq ki, 2024-cü ildə AYİB Ukraynadakı layihələrin maliyyələşdirilməsini genişləndirəcək. 2024-cü ildə əməkdaşlığın əsas istiqamətləri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi üçün avadanlıq istehsalçılarının maliyyələşdirilməsi, müharibə riskindən sığorta layihəsi, eləcə də iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi ilə bağlı olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay