Finlandiya “Balticconnector”un zədələnməsinin mümkün səbəbini açıqladı
Finlandiyalı ekspert, Hibrid Problemlər üzrə Mükəmməllik Mərkəzinin Həssaslıq və Davamlılıq Şəbəkəsinin direktoru Jukka Savolainen etiraf edib ki, Finlandiya-Estoniya qaz kəməri "Balticconnector" tufanı gözləyən gəminin lövbəri tərəfindən zədələnə bilərdi.
Valyuta.az xəbər verir ki, bu barədə "İnterfax" yazıb.
Ekspertin fikrincə, lövbər qaz kəmərinin beton gövdəsini yerindən tərpətə bilərdi, çünki içindəki boru zədələnib.
Savolainen qeyd edib ki, Finlandiya NATO ölkəsi olaraq həmin an hansı gəminin hadisə yerində olması barədə peyk məlumatlarını almalıdır.
Bundan əvvəl resurs və enerji bazarı üzrə müstəqil ekspert Vladimir Demidov bildirmişdi ki , Finlandiya-Estoniya "Balticconnector" boru kəmərində qaz sızması səbəbindən Avropa İttifaqı ölkələri çox zərər görməyəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay