Qvadelupa boyda aysberq Antarktidada pinqvinlərin məskunlaşdığı adaya çırpıldı
Antarktidada sahəsi 1440 kvadrat kilometr olan nəhəng aysberq D-30A (Qvadelupa ərazisindən bir qədər az) pinqvinlərin məskunlaşdığı kiçik Klarens adasına çırpılıb.
Valyuta.az NASA-nın Yer Rəsədxanasına istinadən xəbər verir kiki, hadisə Aqua peykindəki kameralar tərəfindən qeydə alınıb.
Alimlərin qeyd edir ki, sentyabrın 6-da adanın cənub-şərq hissəsi ilə nəhəng buz bloku toqquşub. Daha sonra aysberq maneənin ətrafında iki həftə fırlanıb və ayın sonunda Klarens sahillərindən uzaqlaşıb.
D-30A işğalı Klarens adasında yaşayan və ondan çoxalma üçün istifadə edən 100.000 pinqvin üçün fəlakətli nəticələrə səbəb ola bilər. Xoşbəxtlikdən o vaxt quşların çoxu hələ adaya qayıtmayıb.
“Əgər bu dekabr ayında, pinqvinlərin çoxaldığı və yetkinlərin yumurta çıxarmaq üçün hər gün bir-birini əvəz etdiyi bir vaxtda baş versəydi, nəticələri çox ciddi ola bilərdi. Hətta bir neçə günlük belə blokada bütöv bir koloniya üçün cütləşmə mövsümünü poza bilər”, deyə Stoni Bruk Universitetinin ekoloqu Hizer Linç bildirib.
Digər təhlükə, sahil sularının sakinlərinin 98%-ni məhv edə biləcək aysberqin quruya düşmə ehtimalı ilə bağlı idi. Lakin Klarens adasının sahillərində dənizin dərinliyinə görə bu baş verməyib.
Bununla belə, aysberqin səfəri təkcə zərər deyil, həm də fayda gətirə bilər. Alimlər deyirlər ki, buzlu dağdan gələn dəmirlə zəngin ərimiş sular okean mühitini mayalandırır və fitoplanktonların çiçəklənməsini stimullaşdırır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay