Dünya
09.10.2023 / 17:10
ABŞ Rusiya neftinə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır
34116
ABŞ Rusiya neft sənayesinə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ-ın maliyyə naziri Canet Yellenin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton çox güman Rusiya neftinin barreli üçün 60 dollar limitini tətbiq etmək üçün addımlar atacaq. Bu limit ABŞ və onun müttəfiqləri tərəfindən qoyulub, lakin son həftələr Rusiya nefti baha qiymətə satır.
Yellen bildirib ki, ABŞ xəzinədarlığı sanksiyalara əməl olunması ilə bağlı vəziyyəti diqqətlə izləyir və bazar iştirakçılarının Vaşinqtonun niyyətlərinin ciddiliyini anlamalarını istəyir. Hələlik konkret tədbirlər açıqlanmayıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay