Dünya
09.10.2023 / 13:00
OPEC 2045-ci ilə qədər qlobal enerji tələbatını artırıb
34083
Enerji resurslarına olan qlobal tələbat 2045-ci ilə qədər gündəlik 359,2 milyon barel neft ekvivalentinə çatacaq.
Bu barədə OPEC-in illik icmalında deyilir.
Ötən il təşkilatın analitikləri bu göstəricinin sutkada 351 milyon barelə çatacağını gözləyirdilər.
Belə ki, təşkilatın hesablamalarına əsasən, neftə olan qlobal tələbat təxminləri sutkada 6 milyon barel artaraq 106,6 milyon barel təşkil edib. Nüvə enerjisinin tələbatının təxminləri gündəlik 23,3 milyon bareldən gündəlik 23,8 milyon barelə qədər artıb. Analitiklər həmçinin “digər bərpa olunan enerji mənbələrinə” gündəlik tələbat proqnozunu 38,3 milyon bareldən 42,2 milyon barelə yüksəldiblər.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay