ECB rəhbəri Avropanın iqtisadi modelini tənqid etdi
Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard bildirib ki, Avropadakı iqtisadi modellər qlobal böhranların proqnozlaşdırılmasına zəif uyğunlaşdırılıb.
Valyuta.az xəbər verir ki, ECB rəhbəri bu barədə “La Tribune Dimanche” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bir neçə ildir ki, dünya daimi böhran - pandemiya, Ukraynadakı vəziyyət, inflyasiya, enerji böhranı yaşayır. Lakin Avropa İttifaqı mərkəzi bank modelləri proqnozlar verərkən bu amilləri tam nəzərə almayıb.
"Mərkəzi banklar və digərləri tərəfindən istifadə edilən makroiqtisadi modellər qeyri-müəyyənliyin bu kateqoriyalarını səthi şəkildə nəzərə alıb, artım və inflyasiya proqnozları verərkən nəzərə almayıb", deyə Laqard bildirib.
Bundan əlavə, ECB rəhbəri də neftin yüksək qiymətlərinə öyrəşməyi tövsiyə edib:
“Düşünürəm ki, biz neftin qiymətinin yüksək qalacağı fikrinə alışmalıyıq. Bu, bizi iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol almağa və qalıq yanacaqlardan və xarici təchizatçılardan daha az asılı olan enerji strukturuna doğru irəliləməyə sövq etməlidir”.
Onun sözlərinə görə, ECB proqnozların dəqiqliyini artırmaq üçün çox çalışır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay