“Qazprom” Ukrayna ərazisindən Aİ-yə qaz tranzitinin həcmini açıqladı
“Qazprom” Ukrayna vasitəsilə Avropaya gündəlik 40,3 milyon kubmetr qaz nəqlini davam etdirir.
Valyuta.az xəbər verir ki, bu barədə TASS şirkətdəki mənbəsinə istinadən məlumat yayıb.
Təchizat Sudja qaz ölçmə stansiyasından keçir. Ukrayna tərəfi “Qazprom”un Soxranovka stansiyasından qaz nəqli ilə bağlı müraciətini rədd edib.
Cümə günü tranzit 42,3 milyon kubmetr təşkil edib. Ukrayna qaz nəqli sisteminin operatoru bundan əvvəl oktyabrın 7-də həcmi 39,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırmışdı. Ukrayna Rusiya qazının Avropaya nəqli üçün yeganə marşrut olaraq qalır. “Şimal axını” ilə çatdırılmalar tamamilə dayandırılıb və “Türk axını” ilə yalnız Türkiyə və Cənubi Avropaya tranzit davam edir.
May ayından Ukrayna LPR-də stansiyaya nəzarət edə bilmədiyi üçün fors-major halları əsas gətirərək Avropaya tranzitini azaldıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay