
Dünya
22.09.2023 / 19:35
Ekspertdən Türkiyə lirəsi ilə bağlı nikbin proqnoz
“Düşünürəm ki, artıq 4-cü rübdə türk lirəsinin məzənnəsi ilk növbədə dayanıqlı dəhlizə daxil olacaq”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Onun sözlərinə görə, 2024-cü ilin ilk aylarında Türkiyə iqtisadiyyatında yenidən nəzəriyyəyə zidd qərarlar qəbul olunmasa, lirə stabilləşməyə yol açacaq:
“Bu ilin əvvəlində Türkiyə iqtisadiyyatının bank siyasətində dönüş baş verdi. Nəhayyət ki, uçot dərəcələri artırılmağa başladı. Düzdür, uçot dərəcəsi artırılanda lirənin möhkəmlənməsini gözləmək olmazdı. Müəyyən bir zamandan sonra düşünürəm ki, biz lirənin möhkəmlənməsinin şahidi olacağıq”.
Aylin
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay