BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33082

ABŞ Ədliyyə Departamenti İlon Maskın sahibi və baş direktoru olduğu “Tesla”dan əldə etmiş ola biləcəyi imtiyazları araşdırır.

Valyuta.az xəbər verir ki, ABŞ Ədliyyə Departamenti “Tesla”nın 2017-ci ildən bəri baş direktoru İlon Maska təqdim edə biləcəyi şəxsi faydaları, o cümlədən milyarderə şüşə evin tikintisi üçün şirkət vəsaitlərindən istifadəsini də araşdırır.

Bundan əlavə, ABŞ-ın Nyu Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu “Tesla” ilə Maska bağlı digər təşkilatlar arasında əməliyyatlar haqqında məlumat tələb edib, - The Wall Street Journal öz mənbələrinə istinadən yazır. 

Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) həmçinin “Tesla”nın Ostin zavodunun yaxınlığında planlaşdırıldığı bildirilən “Project 42” gizli evi də araşdırır.

Federallər “Tesla”nın Maskın aldığı faydaları düzgün açıqlayıb-açıqlamadığını bilmək istəyirlər. Şirkət əvvəllər də yüksək səviyyəli rəhbərlərə heç bir imtiyaz vermədiyini bildirib.

Mask şüşə evin tikintisi ilə bağlı şübhələrə cavab verərək, onun hələ tikilmədiyini, indi tikinti getmədiyini və heç planlaşdırılmadığını da bildirib. Milyarder Walter Isaacsonun bu yaxınlarda dərc edilmiş tərcümeyi-halında şüşə evdən bəhs edilir, lakin müəllif Maskın "inşaatı dayandırdığını" deyir.

Şirkət əməkdaşlarının böyük formatlı şüşə panellərin istifadəsi ilə bağlı narahatlıqlarını bildirməsindən sonra “Tesla” daxilində şüşə evin tikintisi barədə araşdırmalar başlayıb. Avtomobil istehsalçısı bu panellərdən milyonlarla dollarlıq sifariş verib.

Bu panellərlə bağlı narahatlıqlarını ifadə edənlər arasında avqust ayında “Tesla”nı tərk edən keçmiş maliyyə direktoru Zaç Kirkhorn da var.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Ədliyyə Departamenti X sosial şəbəkəsinin sahibi İlon Maska qarşı xidmət istifadəçilərinin “məlumat təhlükəsizliyini təhdid edən sifarişlər”ə görə məhkəmədə iddia qaldırıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin