
Dünya
18.09.2023 / 15:35
Berbok Çinlə iqtisadi əlaqələri Aİ üçün təhlükə adlandırdı
Çinlə sıx iqtisadi əlaqələr Aİ üçün təhlükə yaradır.
Valyuta.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Onun sözlərinə görə, Almaniyanın asılılığının azaldılması təkcə Rusiyaya deyil, həm də Çinə münasibətdə zəruri olub. Berbok qeyd edib ki, Çinə qarşı belə bir siyasət Avropaya iqtisadiyyatın müxtəlif sahələrində öz suverenliyini gücləndirməyə kömək edəcək.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Almaniyanın xarici işlər naziri Annalena Berbokun “diktator” Si Szinpin haqqında dediklərini “absurd və təxribatçı” adlandırıb.
Nicat
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay