BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
31910

Nebraska ştatının Omaha şəhərində anadan olan Vorren Edvard Baffet iş dünyasına ən erkən qədəm qoyan insanlardan biridir. 

Valyuta.az xəbər verir ki, 1930-cu ildə dünyaya göz açan Baffet, artıq “Forbes” jurnalının ən varlı adamları siyahısındadır. Bəs ümumi sərvətinin 87 milyard dollar olduğu bildirilən Varren milyarderə necə çevrildi?

Uşaqlıqdan ticarət həyatına meylli olan iş adamı ibtidai sinif dönəmindən etibarən müxtəlif əşyalar satmağa başlayır. O, hətta babasına məxsus ərzaq mağazasında olan kolaları beş qəpik qazancla satmağı bacarır. Bu yolla ilk dəfə pul qazanan Baffet 11 yaşında səhm almağı bacarıb. Uzun müddət səhmlər alaraq qazanc əldə etməyə başladığı üçün o, ilk dəfə 14 yaşında gəlir vergisi ödəyib.

Varlı ailədən olan Baffetin atası 1942-ci ildə konqresmen (ABŞ-da və bəzi Latın Amerikası ölkələrində qanunverici orqanın, konqresin (parlamentin) üzvü) seçilir. Ailəsi Vaşinqtona köçdükdən sonra və orta məktəbdə oxuyarkən, o, həmişə kommersiya yolu ilə pul qazanmaq fikrində idi. 1945-ci ildə dostu ilə birlikdə “Pinball” adlı kompüter oyun maşını alır və bir bərbərxananın küncündə insanları cəlb etməyə başlayır. Daha sonra müxtəlif bərbərxanalarla müqavilələr bağlayaraq biznesini genişləndirən azyaşlı biznesmenin aldığı torpaqların sayı da ildən-ilə artmağa başlayır.

Səhmlərdə qazandığı uğura görə məzun olduqdan sonra sığorta şirkətlərində işləyir. Analitik kimi böyük uğur qazanan bu oğlan, Nyu Yorkda 2 il ərzində “Grahaman-Newman Corp”un analitiki kimi fəaliyyət göstərir. 16 yaşında artıq 50 min dollar civarında sərvət əldə edən Baffet 32 ​​yaşında milyonçu olmağı bacarır. 1950-ci illərdə o, yeddi fərqli tərəfdaşlıq şirkəti qurur və daha sonra onların hamısını bir dam altında birləşdirir.

1960-cı illərdə Baffet “Berkshire Hathaway” adlı tekstil şirkətinə sərmayə qoyur. 1964-cü ildə payı 80 dollar olan şirkətin dəyəri günü-gündən artmağa başlayır. 2017-ci ilin sonlarında səhm qiyməti 296 min 400 dollara çatanda “Baffet iqtisadiyyatı” termini də məna qazanır. Daha sonra o, müxtəlif sığorta şirkətlərinə sərmayə qoyaraq qazancını artırmağa davam edir. Onun ən yaxşı işi 1980-ci illərdə olub. Məşhur “Coca Cola” şirkəti onun səhmlərinin yeddi faizini alır. Bundan sonra “Coca Cola” 27 ildir yatırdığı investisiyalarla 16 dəfə böyüməyi bacarır. Bununla belə, qazanc 11 faiz səviyyəsində idi.

Müxtəlif şirkətlərin qəfil böyüməsi və proqnozlaşdırıla bilməsi baxımından rəqibsiz olan Baffet zəhməti hesabına azsaylı zənginlər arasında yerini alır. O, 2011-ci ildə ABŞ prezidenti olan Obamadan şəxsən “Prezident medalı” almağı bacaran nadir insanlardandır. Baffetin məşhur “Microsoft” şirkətinin yaradıcısı Bill Qeytslə çox yaxın dost olduqları da məlumdur. 2008-ci ildə dünyanın ən varlı adamı olan Buffet müxtəlif xeyriyyə təşkilatlarına mütəmadi olaraq ianə də edir. Bunlardan ən məşhuru onun “Bill və Melinda Qeyts Fondu”na etdiyi 31 milyard dollarlıq ianədir. Uşaqlığından bəri davamlı qazanc əldə edən nadir iş adamlarından biri olan Buffet daim yüksəlişlə bağlı müxtəlif konfranslar verir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

İçərisində əqrəb olan içki 132 manata satılır

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin