Dünya
07.08.2023 / 15:11
Ukrayna Milli Bankı Kiyevə maliyyə yardımının azalacağını proqnozlaşdırır
31178
Ukrayna Milli Bankı 3 il ərzində Qərbdən maliyyə dəstəyinin azalacağını proqnozlaşdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
KİV-in məlumatına görə, Ukrayna Milli Bankı münaqişənin 2024-cü ilin ortalarına qədər davam edəcəyini, eyni zamanda, dəniz limanlarının blokunun açılmasını proqnozlaşdırır. Ümumilikdə, 2023-cü ildə Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə xarici investorlardan 42,3 milyard dollar, 2024-cü ildə 37,2 milyard dollar, 2025-ci ildə isə 25,1 milyard dollar daxil olacaq.
Eyni zamanda, tənzimləyici hesab edir ki, Ukraynada taxıl və paxlalı bitkilərin məhsulu ləng artacaq, bu il 46,8 milyon ton, 2024-cü ildə 48,9 milyon ton, 2025-ci ildə 51,8 milyon ton təşkil edəcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay