Dünya
07.08.2023 / 09:29
ABŞ-ın Çindən idxalı 2023-cü ildə kəskin azalıb
31153
2023-cü ilin beş ayında ABŞ-ın Çindən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, "The Washington Post" məlumat yayıb.
“Bu ilin ilk beş ayında ABŞ-ın Çindən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalıb”, deyə qeyd edilir.
Nəşr ABŞ Siyahıyaalma Bürosunun məlumatlarına istinad edir. Eyni zamanda, ABŞ Xəzinədarlığındakı mənbə qeyd edir ki, həcmlərin azalmasına baxmayaraq, inflyasiyaya uyğunlaşdırılmış idxalın həcmi rekord yüksək səviyyədə qalır.
Çin ABŞ-ın ticarət tərəfdaşları arasında da lider mövqeyini itirib - hazırda Meksiko Vaşinqtonun ən böyük ticarət tərəfdaşı olaraq qalır. Həmçinin lider mövqeləri Tayvan və Vyetnam tutur.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay