Qərbi Afrika Dövlətlərinin Mərkəzi Bankı Nigerdəki filiallarını bağlayır
Qərbi Afrika Dövlətlərinin Mərkəzi Bankı Nigerdəki filiallarını növbəti xəbərdarlığa qədər bağladığını elan edib.
Hit.az bu barədə Seneqal xəbər agentliyinə istinadən xəbər verir.
"Müstəsna biznesin davamlılığı risklərinə görə, Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının Nigerdəki əsas və törəmə filialları növbəti xəbərdarlıq edilənə qədər bağlı qalacaq", deyə maliyyə qurumunun bəyanatında bildirilir.
İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə Prezident Qvardiyası bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqı tərəfindəb pislənib. Əksər beynəlxalq qurumlar və dövlətlər qiyamçı hökuməti tanımadıqlarını, Nigerin demokratik yolla seçilmiş prezidentini dəstəklədiklərini elan ediblər.
İyulun 28-də Prezident Qvardiyasının keçmiş rəisi, general Abduraxman Tçiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay