Dünya
03.08.2023 / 11:44
Baltikyanı ölkələr eyni vaxtda Rusiyanın enerji sistemindən ayrılmağa razılaşdılar
31055
Litva, Latviya və Estoniya 2025-ci ilin fevralında Rusiyanın elektrik şəbəkəsindən eyni vaxtda ayrılması barədə razılığa gəliblər.
Valyuta.az xəbər verir ki, Litvanın Energetika Nazirliyi üç Baltik şəbəkə operatoru Elering, AST və Litgrid arasında 2025-ci ilin fevralında Avropa şəbəkəsinə qoşulmaq üçün müqavilə bağladığını açıqlayıb.
2024-cü ilin yayında Baltikyanı ölkələr Rusiya və Belarus operatorları ilə bağlanmış BRELL müqaviləsindən birgə çıxacaqlar. Saziş hələ üç ölkənin hökumətləri tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Litva, Latviya və Estoniya Rusiya və Belarusiya ilə ortaq şəbəkəyə malikdir. 2022-ci ilin may ayından Baltikyanı ölkələr Rusiya Federasiyasından elektrik enerjisi idxal etmir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay