Rusiya sənayesində kadr çatışmazlığı 1996-cı ilin antirekordunu təkrarladı
İyul ayında Rusiya sənaye müəssisələrinin demək olar ki, yarısı - 42%-i kadr çatışmazlığından əziyyət çəkib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC araşdırma məlumatlarına istinadən məlumat yayıb.
Kadr çatışmazlığı 1996-cı ilin iyulundan bəri ən yüksək həddə çatıb. İyul ayında aprel rekordu qırılıb: o zaman sənayeçilərin 35%-i mütəxəssis çatışmazlığından şikayətlənirdi.
Sənayedə kəskin kadr çatışmazlığı ötən ilin yanvarında da qeyd edilib, oktyabr ayına qədər respondentlərin 33%-i problemi açıqlayıb. Araşdırmada deyilir ki, vəziyyətin ağırlaşmasına səbəb sanksiyalar, dövlət müdafiə sifarişlərinin gücləndirilməsi və qismən səfərbərlik olub.
Araşdırmada deyilir ki, ən çətin məsələ ixtisaslı işçi tapmaqdır. İqtisadi Siyasət İnstitutunun mütəxəssisləri qeyd edirlər ki, mütəxəssislərin hazırlanması vaxt aparır.
Ali Biznes Məktəbinin Təşkilati Davranış və İnsan Resurslarının İdarə Edilməsi kafedrasının professoru Elena Varşavskaya qeyd edib ki, son 10 ildə mütəxəssislər üçün təlimin həcmi dörd dəfə azalıb.
Sorğu 2023-cü ilin iyul ayında keçirilib. Burada 1000-dən çox sənaye müəssisəsinin rəhbəri iştirak edib.
Rusiya Federasiyasının Mərkəzi Bankı da sənayedə kadr çatışmazlığı probleminə diqqət çəkib. Bu ilin yanvar-mart aylarının nəticələrinə görə, Rusiya şirkətlərində işçilərin sayı 1998-ci ildən bəri ən aşağı səviyyədə olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay