40 milyon insanı qidalandıran çayın suyu 20 ildə 10 faiz azalıb
ABŞ-ın qərb tərəfində yerləşən 7 ştatda 40 milyon insanın içməli su və kənd təsərrüfatında istifadə etdiyi Kolorado çayında suyun son 20 ildə təhlükəli şəkildə azaldığı müəyyən edilib.
Valyuta.az xəbər verir ki, Kaliforniyadakı UCLA Universitetində çalışan tədqiqatçılar 2000-2021-ci illərdə artan temperatur səbəbiylə Kolorado çayı hövzəsində 10 trilyon qallon (təxminən 40 trilyon litr) suyun buxarlandığını müəyyən edib. Bu miqdarın su ehtiyacı üçün yaradılan Mead gölünün böyüklüyünə bərabər olduğunu bildirilib.
Tədqiqat aparan alimlər qeyd ediblər ki, çay hövzəsində 32,5 milyon hektar ərazidən su çəkilib və bu göstərici çay suyunun 10,3 faizini təşkil edir.
“Su Resources Research” jurnalında dərc olunan yazıda qeyd edilir ki, qalıq yanacaqların istifadəsindən yaranan artan istilik hövzəni qurutmağa davam etdikcə, su təchizatı daha da azalacaq.
ABŞ-ın qərb tərəfində yerləşən 7 ştatın, eləcə də Meksikanın şimalındakı bəzi şəhərlərin əsas su mənbəyi olan və Kolorado çayı ilə qidalanan Mead gölünün həddindən artıq istilər səbəbindən cəmi 32 faiz ehtiyyatı var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay