Taxıl sövdələşməsinin dayanması fonunda buğdanın qiyməti düşməyə başladı
Çikaqo əmtəə birjasında iyulun 31-də keçirilən hərracların yekunlarına görə, sentyabr fyuçerslərinin qiyməti buşel üçün 6,66 dollara düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti ticarət platformasının məlumatlarına istinadən yazır.
Müqavilələrin dəyəri ilk dəfə taxıl sövdələşməsində fasilədən sonra - iyulun 18-də qeydə alınan səviyyədən aşağı düşüb. Həmin gün ticarətin sonuna qədər buğda 6,7 dollar/buşelə qədər bahalaşıb. Bu səviyyə ilə müqayisədə qiymətlər indi 0,59% aşağı düşüb.
İyulun 18-dən sonra buğda fyuçerslərinin qiyməti artmaqda davam edib. İyulun 25-də maksimumda 7,77 dollara çatıb ki, bu da beş ayın rekordudur. Amma bundan sonra müqavilələrin qiyməti düşməyə başlayıb.
İyulun 17-də Rusiya taxıl sövdələşməsində iştirakını Moskvanın şərtlərinə əməl etməməsi səbəbindən dayandırdığını elan edib. Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Avropa Birliyi Qara dəniz təşəbbüsünün genişləndirilməsinə çağırıb. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, sazişin Rusiyasız davam etməsi mümkün deyil.
“Financial Times” xəbər verir ki, Rusiya hakimiyyəti Qətərin vasitəçiliyi ilə Türkiyə vasitəsilə Afrika ölkələrinə taxıl tədarükü üçün yeni sxem üzərində işləyir. Nəşrin yazdığına görə, Moskva “güzəştli şərtlərlə” taxıl tədarük edərək Kiyevi qlobal kənd təsərrüfatı bazarından sıxışdırıb çıxarmaq istəyir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay