Rusları daşıyan "Astoria Grande" artıq Batumiyə getməyəcək
Gürcüstanın Batumi şəhəri "Astoria Grande" kruiz gəmisinin dayanacaqları siyahısından silinib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" kruizlərin satışı üzrə baş agentliyin məlumatlarına istinadən məlumat verib.
Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb. İlkin olaraq güman edilirdi ki, layner iki həftədən bir Soçidən Türkiyəyə səfərlər zamanı Batumidə dayanacaq.
Ötən gün Batumidə rus turistləri daşıyan “Astoria Grande” kruiz laynerinin dayanmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya polislə toqquşma ilə müşayiət olunub, onun bir neçə iştirakçısı saxlanılıb. "Astoria Grande" rusiyalı turistlərlə birlikdə Batumi, Amasra və İstanbulu ziyarət etməyi planlaşdırırdı. Gürcüstan müxalifəti hesab edir ki, gəminin ölkəyə daxil olması beynəlxalq sanksiyaların pozulmasıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay