BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
30854

Avropa Komissiyasının Rusiya Federasiyasının taxıl sazişindən çıxmasından sonra Ukrayna taxılının tranziti üçün əlavə nəqliyyat xərclərinin maliyyələşdirilməsinə kömək etmək üçün heç bir vəsaiti və aydın yolu yoxdur .

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

İyulun 21-də Ukraynanın Aqrar Siyasət Nazirliyi Avropa İttifaqının ticarət üzrə komissarı Valdis Dombrovskisə “həmrəylik yolları” kimi tanınan alternativ Aİ marşrutlarından istifadə ilə bağlı əlavə nəqliyyat xərclərini ödəmək üçün maliyyə yardımı göstərmək xahişi ilə müraciət edib. Ukrayna əlavə xərcləri bir ton üçün 30-40 dollar qiymətləndirir.

Məktubda həmçinin Adriatik dənizi, Baltikyanı ölkələr, Almaniya və Hollandiya da daxil olmaqla “yaşıl dəhlizlər” vasitəsilə həmrəylik marşrutlarının tutumunun ayda 1-1,5 milyon ton artırılması xahişi də yer alıb.

Lakin agentlik mənbələri bildirirlər ki, bu problemin həlli üçün dəqiq bir yol yoxdur.

“Biz hələ taxıl daşınmasını dəstəkləmək üçün həll yolu tapmamışıq. Keçən ildən bəri insanlar bununla bağlı “başlarını qaşımağa” başlayıblar”, - Avropa Komissiyasındakı müzakirələrdən xəbəri olan mənbə bildirib.

Diplomatik mənbələrdən biri agentliyə bildirib ki, Ukraynanın ehtiyacları üçün vəsait yalnız orta müddətli büdcənin nəzərdən keçirilməsindən sonra əldə edilə bilər, bu da bir neçə ay çəkə bilər, hətta payızlıq qarğıdalı məhsulunun tezliklə gözlənilməsinə baxmayaraq.

Digər bir diplomatik mənbəyə görə, bəzi dövlətlər əlavə nəqliyyat xərclərini ödəməyi mənasız gördüyü üçün Ukraynanın taxıl idxalına müqavimət artır.

“Rəqabət məsələsi də var... Sığortanı (nəqliyyat) təmin etmək Komissiyanın vəzifəsi deyil. Dövlətlər zəmanət verə bilər, lakin yekun müzakirələr yoxdur”, - başqa mənbə bildirib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Meksikadan Trampa xəbərdarlıq: "ABŞ-da 400 000 iş yeri bağlanacaq!"

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb

Sabah bəzi yerlərdə yağış yağacaq

7 gün ardıcıl iş olmayacaq! - TƏQVİM

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Türkiyənin Rəqabət Qurumu "Trendyol" ilə anlaşdı - DETALLAR

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb

Komitə sədri: "Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur"

SİMA ilə mənzil almaq niyə mümkün deyil? - Araşdırma

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Taksi sifarişi zamanı göstərilən məbləğ mənzil başına çatanda niyə dəyişir?

İcbari sığorta üzrə ödənişlər 20 milyon manatdan çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin