Alimlər həddindən artıq istinin psixikaya təsirini müəyyən etdi
Baylor Tibb Kollecinin (ABŞ) alimləri müəyyən ediblər ki, yayın həddindən artıq istiləri insanların psixi sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.
Valyuta.az xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub.
İstiliyin əhval-ruhiyyəni tənzimləyən bir hormon olan serotonin istehsalına təsiri səbəbindən duyğularda və davranışlarda dəyişikliklər baş verə bilər. Belə ki, həddindən artıq temperaturda insanlar stres, yorğunluq və depressiyaya daha çox meylli olurlar. Bu, uşaqlar və alkoqol kimi bir növ psixi pozğunluğu və ya asılılığı olan insanlara xüsusilə təsir edir.
Alimlər həmçinin vurğulayıblar ki, ümumilikdə iqlim dəyişikliyi psixi sağlamlıq problemlərinin pisləşməsi ilə bağlıdır. Belə ki, istənilən təbii iqlim fəlakəti depressiya riskini 30%-dən çox, narahatlığı isə 70% artıra bilər.
İstiliyin bədənə təsirini azaltmaq üçün müəlliflər şlyapa geyinməyi, daha çox su içməyi və dərman müalicəsini tənzimləməyi məsləhət görürlər, çünki bir çox dərmanlar həddindən artıq istidə yaxşı nəticə vermir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay