Aİ Ukrayna taxılını "həmrəylik dəhlizləri" vasitəsilə ixrac etməyə hazırdır
Avropa İttifaqı Ukraynanın bütün kənd təsərrüfatı məhsullarını həmrəylik yolları ilə ixrac etməyə hazırdır.
Valyuta.az "Sky News"a istinadən xəbər verir ki, bu bəyanatla Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski çıxış edib.
Bildirib ki, Rusiya sazişdən çıxıb. "Taxıl dəhlizi” açılmazdan əvvəl Ukrayna ixracının 60%-i “həmrəylik dəhlizləri”, 40%-i isə Qara dəniz “həmrəylik dəhlizləri” ilə daşınıb.
"Biz demək olar ki, hər şeyi ixrac etməyə hazırıq. Bu, ayda təxminən 4 milyon ton yağlı və taxıl məhsulu ola bilər. Biz bu həcmə ötən ilin noyabrında çatmışıq", deyə Voyçexovski bildirib.
O, həmçinin qeyd edib ki, “həmrəylik dəhlizləri" yüklərin Aİ ölkələri vasitəsilə barjalarda, dəmir yolu, avtomobil və ya daxili su yolları ilə daşınmasına imkan verir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay