Rusiya bankları əhalidən dollar və avro qəbul etməyi dayandırdı
Rusiyanın iri bankları öz bankomatları vasitəsilə əhalidən dollar və avro qəbul etməyi dayandırıblar.
Valyuta.az xəbər veriur ki, bu barədə “İzvestiya” qəzeti yazıb.
Nəşr müəyyən edib ki, ölkədə sistem əhəmiyyətli 13 kredit təşkilatından 11-i belə imkan vermir. Eyni zamanda, demək olar ki, bütün banklar Qərb valyutasının qəbulunu niyə dayandırdıqları barədə məlumat verməyiblər. Yalnız bir bank izah edib ki, ona qarşı xarici sanksiyaların tətbiqindən sonra bunu dayandırdılar.
Ekspertlərin fikrincə, bu cür hərəkətlər onunla bağlıdır ki, demək olar, bütün sistem əhəmiyyətli Rusiya kredit təşkilatları hazırda Qərb sanksiyalarına məruz qalır və onların xarici banklardakı dollar və avrodakı müxbir hesabları dondurulur. Bundan əlavə, bankomatlar vasitəsilə dollar və avro qəbulundan imtina əhalinin bu xidmətə tələbatının ümumi azalması ilə əlaqələndirilə bilər.
Ekspertlərin fikrincə, Rusiya banklarının dollar və avro ilə gələcək əməliyyatları bütünlüklə dünyada geosiyasi vəziyyətin inkişafından asılı olacaq.
Bununla belə, rusiyalıların hələ də xarici valyutanı birbaşa bank ofislərinə yerləşdirmək imkanı var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay